Abdeslam ekstradisiya əleyhinə mübarizə aparmayacaq
Mart 24
22:44
2016
Xəbər verildiyi kimi, Salah Abdeslam cümə günü Brüssel şəhərində həbs olunub.
Paris hücumlarında şübhəli şəxs olan Salah Abdeslam fikrini dəyişib və Belçikadan Fransaya "ekstradisiya əleyhinə mübarizə" aparmayacaq, onun vəkili bildirib.
Ötən il Parisdə silsilə hücumlar nəticəsində 130 adam həlak olmuşdu.
Basqınlara görə əsas şübhəlilərdən biri sayılan Salah Abdeslam cümə günü Brüssel şəhərində həbs olunub.
Çərşənbə axşamı Belçika paytaxtında baş verən intiharçı bomba partlayışı 31 adamın ölümünə səbəb olub.
Belçikadakı hücumların Abdeslamın həbsilə bağlı olduğu zənn edilir.
Abdeslam Fransaya "mümkün qədər tez yollanmaq istəyir" ki, öz addımlarını izah edə bilsin, vəkil Sven Meri Fransa jurnalistlərə bildirib.
Daha əvvəl cənab Meri polislə əməkdaşlıq edən Abdeslamın ekstradisiya əleyhinə olduğunu bildirmişdi (BBC).
Qlobal.az



