Ağalıya daha bir neçə ailənin köçürülməsinə başlanılır
Sentyabr 09
08:44
2022
Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə daha bir neçə ailənin köçürülməsinə başlanılır.
"Report” xəbər verir ki, rayonun "ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq 13 ailə ikinci köç karvanı ilə yola salınacaq.
Qeyd edək ki, 12 ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi”ndən yola düşüb.



