SON XƏBƏR

Ağadadaş Ağayevlə insident yaşayan mühafizəçinin barəsindəki cinayət işi üzrə məhkəmə başlayır

Dekabr 03
15:10 2024
Xalq artisti Ağadadaş Ağayevin balta atdığı "MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilovun da barəsində cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi materialları Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-a təyin edilib.


Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook