SON XƏBƏR

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı

İyul 23
12:22 2024
Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırmalara başlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook