Ağacanyan: “Türkiyə ilə münasibətlərə başlamağa hazırıq” (VİDEO)
Dekabr 15
13:19
2021
"Ermənistanın mövqeyi həmişə belə olub ki, biz heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlərə başlamağa hazırıq”.
Qaynarinfo xəbər verir ki, bu barədə dekabrın 15-də Ermənistan Parlamentində jurnalistlərlə müsahibəsində parlamentn Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan bildirib.
"Ermənistan tərəfi heç nədən imtina etmir, söhbət Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin başlamasından gedir. Bu o demək deyil ki, Ermənistan öz əsas dövlət maraqlarından imtina edir. Əksinə, biz əminik ki, Türkiyə ilə diplomatik münasibətlər qurmaq Ermənistanın dövlət maraqlarına uyğundur”, - Ağacanyan bildirib.
O əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşmasından həm Ermənistan, həm də Türkiyə faydalanacaq.

"Biz bilirik ki, Türkiyə ilə münasibətlər son 30 ildə çətin olub və əslində bu proses Türkiyə tərəfindən həmişə dayandırılıb. Türkiyə həmişə ilkin şərt qoyub. Bu kontekstdə Ermənistanın bu münasibətlərin başlanğıcının heç bir ilkin şərt olmadan olması tezisini irəli sürməsi məntiqlidir", - Ağacanyan vurğulayıb.