SON XƏBƏR

"AAAF PARK"da dələduzluq

Noyabr 10
08:41 2015
Redaksiyamızın email poçtuna Xırdalan şəhərində yaşadığını qeyd edən vətəndaş tərəfindən Xırdalan şəhərində yerləşən "AAAF Park” istirahət kompleksi haqqında məktub ünvanlanıb.
 
Məktubda deyilir ki, " Dünən Respublikamızın "Bayraq Günü” ilə əlaqədar ailəmlə "AAAF Park” istirahət mərkəzinə getmişdim. Düşünürdüm ki, yəqin Parkda "Bayraq Günü” bayramı xüsüsu qeyd olunar. Ancaq Parkda gözləmədiyimiz mənzərə ilə rastlaşdıq. Park sanki matəm ab- havasındaydı. Görünür, məhərrəmlik ayı buraya rəsmi olmasa da öz təsirini göstərə bilib.
 
Şikayətçi sonra qeyd edir ki, " AAAF Park Əyləncə mərkəzi kompleksi od tutub yanır. Sadə çayın qiyməti 3 manat, 2 dəqiqəlik uşaq aparatlarının qiyməti isə 1 manatdı. Qiymətin bahalığına etiraz etdikdə isə administrator qiymətin bahalığını xidmət səviyyəsinin yüksəkliyi ilə bağladı. Ancaq qeyd edim ki, orada işləyən ofisiantlarin əksəriyyəti azyaşlı uşaqlardı”.
 
Məktubda daha sonra "AAAF Park”-ın fırıldağından bəhs olunur. Belə ki, şikayətçinin iddiasına görə, Parkda uşağı əyləndirmək üçün mütləq "AAAF Park”-ın kartını almalısan. Kartı almaq üçün ödədiyin 3 manatın 2 manatı sənə qaytarılır. Bir manatı isə "sehirli formada əridilir”. Ancaq " AAAF Park” –ın fırıldaqlıq fantaziyası bununla da tükənmir. Belə ki, karta yüklədiyim 7 manat istifadə zamanı 6 manata çevrildi. Buna ciddi formada etiraz etdiyimi gördükdə isə bunu "texniki səhv” hesab edib karta 1 manatı yüklədilər”.
 
Şikayətlə əlaqədar "AAAF Park” istirahət kompleksindən məsələyə münasibət öyrənə bilmədik.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook