SON XƏBƏR

"AAAF Park"- da Heydər Əliyevin posterini söküb yerində obyekt tikən kimdir? - FOTOLAR

Yanvar 15
07:38 2025
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF Park” yaşayış kompleksinin giriş hissəsində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt tikirlər. 
  
Qlobal.az xəbər verir ki, gizli aparılan tikinti işlərinə bir ay olar ki, başlanılıb. 
 
Tikintinin qanunsuz olduğu, aidiyyatı qurumlardan icazə alınmadığı deyilir. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə tikintini Namiq Məmmədov adlı sahibkar aparır. 
 
N.Məmmədov aparılan tikintiyə görə müvafiq orqanlardan icazə aldıqlarını deyir. 
 
Azərbaycan respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə nəinki aparılan, hətta planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. 
 
Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
 
Lakin Ulu Öndərin sökülən portret və guşəsinin yerində aparılan inşaat sahəsində məlumatlandırma löhvəsi yoxdur.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında da AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir.
 
Qeyd edək ki, "AAAF Park" Yaşayış Kompleksinin sahibi idman ustası Tofiq Heydərovdur.
 
 
 
Tofiq Heydərov "AAAF Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. "AAAF Holding" MMC 2016-cı ildə təsis edilib. 
 
Sözügedən qanunsuz tikintinin aparıldığı "AAAF Park" Yaşayış Kompleksində fəaliyyət göstərən daha bir şirkət - "AAAF Park Xırdalan" MMC də Heydərovlara məxsusdur. "AAAF Park Xırdalan" MMC-nin qanuni təmsilçisi Tofiq Heydərovun qardaşı Səlim Heydərovdur. Bu şirkət 2013-cü ildə təsis edilib. 
 
Məsələ ilə bağlı "AAAF Park" rəhbərliyindən mövqe öyrənə bilmədik.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Cahandar Laçınlı
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook