Ağa Laçınlının doğum günüdür
May 05
21:43
2020
Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.
1967-2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.
Yazıçı Fəxri Uğurlu və jurnalist Azər Qaraçənli şairin övladlarıdır.
Kitabları
Sakitlik. Bakı: Azərnəşr, 1970, 60 səh.
Sirli-soraqlı dağlar. Bakı: Gənclik, 1971, 60 səh.
Torpağın gücü. Bakı: Gənclik, 1973, 101 səh.
Ana duyğusu. Bakı: Gənclik, 1976, 134 səh.
Aşırımlar qarşısında. Bakı: Yazıçı, 1978, 132 səh.
Vaxt yetişəndə. Bakı: Gənclik, 1980, 112 səh.
Sevgimizlə sevindirək. Bakı: Yazıçı, 1981, 152 səh.
Meşə nəğməsi. Bakı: Gənclik, 1985, 142 səh.
Gecə yuxusu. Bakı: Yazıçı, 1986, 150 səh.
Homer. Bakı: ADU-nəşr, 1989, 45 səh.
Alın yazımız. Bakı: Yazıçı, 1992, 120 səh.
Elmi əsərləri
"Homer dastanlarında türkçülük"