SON XƏBƏR

Ağ Evin qarşısında "Qarabağa ədalət" aksiyası keçirilib - FOTOLAR

Aprel 08
23:29 2016
Vaşinqtonda yaşayan azərbaycanlılar Azərbaycan ordusuna dəstək olmaq və Ermənistana etiraz məqsədilə Ağ Evin qarşısında aksiya keçirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Azərbaycan diaspor nümayəndələrinin "Facebook" səhifəsində yer alıb.

Məlumata görə, azərbaycanlıların Vaşinqtonda keçirdiyi aksiyaya Türkiyə diasporu da dəstək verib. Aksiya iştirakçıları əllərində Azərbaycan və Amerika bayraqları tutaraq şüarlar səsləndiriblər.

Nümayişçilərin əllərində tutduqları plakatlarda "Mən Qarabağdanam və evimə qayıtmaq istəyirəm", "Ermənistan Azərbaycan torpaqlarından çıxsın", "Ermənistan etnik təmizləmədə günahkardır" sözləri yazılıb.

Ağ Evin qarşısına gələn turistlər və tələbələr aksiyanı maraqla izləyiblər. Aksiya polis nəzarəti altında keçrilib.
 
Qlobal.az
 






 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook