Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir
Dekabr 03
10:21
2024
ABŞ-nin hazırkı administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.
APA xəbər verir ki, bu, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Ağ Evin saytında dərc edilmiş bəyanatında öz əksini tapıb.
"Rusiyanın müharibə maşınının fəaliyyətini pozmaq üçün ABŞ Rusiyanın maliyyə sektoruna mühüm sanksiyalar tətbiq edib və bundan sonra daha çox sanksiyalar tətbiq olunacaq", - bəyanatda deyilir.