SON XƏBƏR

Ağ Ev: Rusiya iqtiadiyyatı defoltun bir addımlığındadır

Aprel 07
13:58 2022
Ağ Ev sözcüsu Con Psaki bildirib ki, inflasiya Rusiya iqtisadiyyatını çökdürəcək.

Qaynarinfo bu barədə "İndependent” qəzetinə istinadən xəbər verir. 

Amerika rəsmiləri ABŞ və Avropa Birliyi tərəfindən tətbiq edilən sanksiyaların təsiri altında Rusiya iqtisadiyyatının gələcək dəhşətli mənzərəsini cızmağa başlayıblar. 

Dünən Bayden Administrasiyası Rusiyaya qarşı tətbiq edilən növbəti seriya maliyyə sanksiyalarını açıqlayıb. Prezident Bayden bu sanksiyaların Putinin ağrılarını artıracağını bildirib. 

Yeni sanksiyaların siyahısına həmçinin Rusiya prezidenti Vladimir Putinin qızları, xarici işlər naziri Sergey Lavrovun ailə üzvləri və Rusiya Təhlükəsizlik Şurasının üzvləri daxildir. 

Prezident Bayden Rusiya üçün iqtisadi sanksiyaların Putinin ağrılarını və Rusiyanın təcridini daha da artırmağa davam edəcəyini deyib. 

"Bizim sanksiyalarımız Rusiyanın son 15 ildə əldə etdiyi iqtisadi qazancları ehçə endirəcək”, - o bildirib. 

Digər Administrasiya rəsmisi bildirib ki, ABŞ və AB-nin iqtisadi sanksiyalarının ümumi təsiri Rusiyada həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldıb. 

"Reallıq ondan ibarətdir ki, ölkə ekonomik, maliyə və texnoloji təcridə yuvarlanmaqdadır. Bu sürətlə o 1980-ci il Sovet yaşayış standartlarına doğru geriləyəcək”. 

Ağ Ev sözcüsu Con Psaki isə sanksiyaların təsiri haqqında bunu deyir: 

"İndi müharibəni maliyyələşdirmək Putin üçün gündən-günə daha da çətinləşir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook