Ağ ev Kremlə ikinci cəbhə açır: 800 milyonluq “İqtisadi NATO”
Aprel 25
22:00
2016
"ABŞ Suriyaya əlavə hərbi kontinget göndərə bilər”.
Cebhe.info xəbər verir ki, bunu "The Wall Street Journal”hökumətdəki mənbələrə istinadən yazıb. Məlumata görə, 250 xüsusi təyinatlının göndərilməsi barədə qərarı Barak Obama Hannoverdə 4 Avropa ölkəsinin liderlərinin görüşü zamanı elan edəcək.
Hannover Barak Obamanın 6 günlük səfərindəki son dayanacaqdır. Sudiyyə Ərəbistanında ABŞ lideri soyuq qarşılanıb. Almaniyada isə bunun əksinə vəziyyət daha gərgindir. Almanlar Ağ ev sahibini aksiyalarla qarşılayaraq səfərə etirazlarını bildiriblər.
Obama özü ilə Hannoverə xüsusi layihə gətirib. Bu layihə Transatlantik ticarət və investisiya əməkdaşlığını nəzərdə tutur. Layihəni "iqtisadi NATO” adlandıranlar da var.
Söhbət dünyada ən böyük azad ticarət zonasının yaradılmasından gedir. Qərb ölkələri üçün yaradılacaq bazar ümumilkdə 800 milyon insanı əhatə edəcək. Artıq ABŞ və Almaniya layihəyə dəstək nümayiş etdirib. Angela Merkel 10 il əvvəl bu barədə danışıb. Barak Obamanın isə ikinci dönəm seçkilərdə verdiyi vədlərdən biri də məhz bu olub.
Qlobal.az



