93 saylı Bərdə şəhər Seçki Dairəsindən deputatlığa namizəd Fatma Yıldırım kimdir?
Yanvar 02
14:18
2020
93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yıldırım Fatma Vidadi qızı 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Qlobal.az xəbər verir ki, əslən Şuşa rayonunun Malıbəyli kəndindən olan Fatma Yıldırımın atası mərhum fizika elmləri doktoru, professor, ictimai xadim Vidadi Yusif oğlu Əliyevdir.
Professor Vidadi Əliyevin Qarabağ İcmasının fəaliyyətində böyük xidmətləri olub.
Fatma Yıldırım Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktorudur.
O, gənc yaşlarından Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində pedaqoji fəalliyyətlə məşğul olub, müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə "Mənzil İnşaatı Dövlət Agentliyi”ndə "İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb.
2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir.
Bundan əlavə, 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini vəzifəsini yerinə yetirib. Həmçinin, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Hazırda YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir.
Komitə daxilində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Ailəlidir, iki övladı var.
Qlobal.az







