“8:0 uduzan komanda həvəslə yeyib-içirdi” – Sabiq nazir millimizdən yazdı
Mart 28
14:51
2023
Azərbaycanın sabiq xarici işlər naziri (1999-2004-cü illər), hazırda ölkəmizin Bosniya və Hersoqovinadakı səfiri olan Vilayət Quliyev milli komandamızla bağlı xatirələrini bölüşüb.
O, Feysbuk paylaşımında yazıb:
"Deməli, milli komandamız dünən də 0:5 uduzdu. İsveçə.
Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa – Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8:0 hesabı ilə məğlub olduq.
VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
Dördüncü qol vurulanda isə:
-Futbol boş şeydir, – deyə ürək-dirək verdi. – Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8:0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən – dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi isə guya özünə haqq qazandırırmış kimi:
-Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox…-dedi.