SON XƏBƏR

"8-ci kilometr" bazarı kimə qismət olacaq? - MTN generalları payını itirir

Aprel 25
22:57 2023
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun əmlakları ilə bağlı Ali Məhkəmənin qərarı məlum oldu. 

Ali Məhkəmə Akif Çovdarova məxsus əmlakların xüsusi müsadirədən azad edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarını ləğv etdi.

Beləliklə, Akif Çovdarov əmlaklarını geri ala bilməyəcək. Generalın əmlakları arasında məşhur "8-ci kilometr” bazarı da var. Bazarın 50 faizi keçmiş idarə rəisinə, 50 faizi isə sabiq milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədova məxsusdur.

Bazarın sahiblərindən olan Cəfər Səfərov isə obyektin onlardan qanunsuz alındığını iddia edir. Məhkəmə də bu işdə onu zərərçəkmiş kimi tanıyıb. Bu baxımdan, Cəfər Səfərov da Akif Çovdarovun əmlakları ilə bağlı qərardan kassasiya şikayəti vermişdi. Onun şikayəti təmin edilib. 

Bazarın Cəfər Səfərov və qardaşlarından əvvəlki sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdi. Ali Məhkəmə onun da şikayətini qismən təmin edib. 

Bu isə o deməkdir ki, Akif Çovdarov "8-ci kilometr” bazarındakı payını itirmək üzrədir. Qərarın Hilal Əsədova təsirsiz ötüşəcəyini söylımək olar. Yuxarıda qeyd etdiyimiz kimi, bazarın 50 faizi keçmiş nazir müavininə məxsusdur. 

Bu arada qeyd edək ki, Səfərov qardaşları hələ 2015-ci ildə Akif Çovdarovla yanaşı Hilal Əsədov barəsində də Baş Prokurorluğa şikayət ediblər. Deməli, onlar hələ də keçmiş nazir müavinin mülkiyyətində olan "8-ci kilometr” bazırının 50 faizini geri almaq üçün mübarizələrini davam etdirəcəklər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook