SON XƏBƏR

7 YAŞLI AYANIN VƏZİYYƏTİ AĞRDIR - Anası imkalı şəxslərdən yardım istəyir + FOTOAR

Avqust 08
11:48 2022
Yeddi yaşlı Ayan İmamverdiyeva leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var. Bu barədə onun anası Ruhəngiz İmamverdiyeva məlumat verib.

O bildirib ki, Ayana 2019-cu ildə bir dəfə sümük iliyi köçürülüb: "Övladım beş ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliklə yanaşı Hepatit C ilə də mübarizə aparır. Ona sümük iliyi nəql edilsə də, xəstəlik bir il sonra yenidən baş qaldırdı. Hazırda vəziyyəti ağırdır. Bütün bədəni şişib. Saturasiyası düşüb. Qızım Türkiyədə müalicə olunmalıdır. Bizim bir kurs müalicəmiz 4 min manata başa gəlir. İllərdir bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq tükənmişik. Ayan isə artıq çox yorulub, iynələr bütün qollarını göyərdib. Onu belə gördükcə biz də məhv oluruq. Heç bir valideynə belə günlər yaşamağı arzu etmirəm.

İmkanlı şəxslərdən xahiş edirik, bizə kömək etsinlər”
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook