SON XƏBƏR

7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib

Fevral 10
09:41 2020
Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Həmin seçki dairələri üzrə lider namizədlər yaxın saatlarda açıqlanacaq.

Beləliklə, hələlik aşağıdakı seçki dairələri üzrə lider namizədlər müəyyənləşməyib:

- 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi

- 35 saylı Xətai üçüncü Seçki Dairəsi

- 42 saylı Sumqayıt ikinci Seçki Dairəsi

- 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi

- 77 saylı Astara Seçki Dairəsi

- 123 saylı Kəlbəcər Seçki Dairəsi

- 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi.(APA)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook