65 min manatı aldadılaraq əlindən alınan Raquf Məmtiyev kimdir? - ŞOK TƏFƏRRÜAT
Aprel 11
13:55
2024
Bakıda ev almaq istəyən məmurun 65 min manatı mənimsənildiyi üçün şirkət rəhbəri həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, zərərçəkmiş şəxs Yevlax şəhər İcra Hakimiyyətinin Sektor müdiri-baş mühasibi Məmtiyev Raquf Rəhim oğludur.
Məmur İsa adlı şəxs tərəfindən dələduzluğa məruz qalıb. Belə ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bərdə şöbəsinin müdiri işlədiyi dönəmdə Bakıda ev almaq istəyib. Buna görə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində guya 3 bloklu, 16 mərtəbəli, hər mərtəbədə 4 mənzil inşa edəcəyini deyən İsa adlı tikinti şirkətinin rəhbəri ilə görüşüb. İsa Raqufu sözügedən ünvanda 16 mərtəbəli bina tikdirəcəyinə inandırıb və ona həmin binada 95-100 kv.metr mənzil satacağını bildirib. Bu məqsədlə Raqufla müqavilə bağlayaraq, ondan 65.000 min manat pul alıb.
Raquf Məmtiyev binanın tikintisini 2014-cü ildən 2023-cü ilə kimi gözləyib. Lakin məlum olub ki, İsanın Zərdabi küçəsində yerləşən torpaq sahəsinə dair heç bir hüquq və sərəncam vermək barədə, habelə həmin torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etdirməsi haqqında hər hansı bir sənədi yoxdur.
İsa iranlı iş adamı, 26 ildir Bakıda yaşayan Esmael Zadehi də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən torpaq sahəsini sənədləşdirrmək adı ilə aldadıb və 26000 manat pulunu mənimsəyib.
Hər iki iş üzrə təqsirləndirilən İsa ötən ilin mart ayının 23-də saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayə işi açılıb. Məhkəmənin qərarı ilə ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, Raquf Məmtiyev "Təmir-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi, baş direktoru olub. O, şirkətini 2021-ci ilin yanvar ayının 15-də öz yaxını Hacıyev Elnur İsa oğlunun adına keçirib.
Qlobal.az