SON XƏBƏR

60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırmadan azad olunması nəyi dəyişəcək?

May 04
11:04 2023
"60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırmadan azad olunması əslində bu yaşdakı müəllimlər üçün mütərəqqi qərardır. Nəzərə alaq ki, biz cəmiyyət üçün şəxsiyyət yetişdiririk, əmək bazarına istedadlı kadr çıxartmaq istəyirik, odur ki, təcrübəli müəllimləri də qorumalıyıq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib. 

Onun sözlərinə görə, mövcud yaşda olsa belə bir müəllim ixtisası ilə bağlı dərin biliyə malik deyilsə, onun bilik və bacarıqları mövcud sistemə uyğun gəlmirsə, onların təhsil prosesindən kənarlaşdırılması məqsədəuyğundur:

"Bir şərtlə ki, onların əmək haqları saxlanılmalı, indi aldıqları əmək haqqları təqaüd kimi hesablanıb təqaüdə göndərilməlidir. Elm və Təhsil Nazirliyi bu növ güzəştlər edir. Deyir ki, 5 il işləsin, ondan sonra təqaüdə göndərilsin”.

Elçin Əfəndiyev hesab edir ki, buna görə yaş katiqoriyası az olan müəllimlər buna etiraz etməz:
 
"Amma ümumilikdə müəllimlər üçün bir mütərrəqi qərar olaraq hesab edirəm ki, bu yaş katiqoriyası olan müəllimlər çoxluq təşkil etmir. Bu  səbəbdən ciddi bir dəyişiklik olmayacaq. Amma ümumi sertifikasıyanın keçirilməsi məqsədəuyğundur”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook