SON XƏBƏR

6 saylı Doğum Evində 26 gün gizlədilən körpə ölüb

İyul 27
10:23 2022
Bakıda ağır beyin travması ilə doğulan və 26 gün komada qalan körpə dünyasını dəyişib.
 
Bu barədə Bizim.Media-ya körpənin ailəsi məlumat verib. Dediklərinə görə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) reanimasiya şöbəsində nəzarət altında müaliə olunan körpə böyrək çatışmazlığından ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.

Ailənin iddiasına görə Nailə Şahbazovanın səhlənkarlığı səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb. 9 ay müddətində nə ananın, nə də körpənin səhhətində hər hansı narahatlıq olub. Bu azmış kimi 26 gün komadan ayılmayan körpənin vəziyyəti il bağlı ailə məlumatlandırılmayıb.

Dəfələrlə həkimlə əlaqə saxlasalar da, Nailə Şahbazova ailənin zənglərinə cavab verməyib.

Ötən gün məsələ Bizim.Media-da ictimailəşəndən bir neçə saat sonra ailəyə körpənin öldüyü barədə məlumat verilib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova körpənin öldüyünü təsdiqləyib:

"Mənə uşağın ölümü barədə ötən gün 17:21-də məlumat verilib. Ölüm səbəbi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook