SON XƏBƏR

"51-ci Bölgə"də UNO tapıldı – SİRR AÇILIR/FOTOLAR

Mart 17
14:49 2016
Amerikalı UNO (Uçan Naməlum Obyekt) müşahidəçisi Skott Varing dünyada ən gizli məkanlarlarından olan ABŞ-dakı "51-ci Bölgə" ("Area 51") ilə bağlı bir sirri üzə çıxarıb.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, "Google Maps”dan istifadə edərək "51-ci Bölgə”də UNO tapdığını bildirib. Peyk fotoşəkilləri ilə dünyanın müxtəlif bölgələrini internetdən araşdırmağa imkan verən "Google Maps”dan istifadə edən Skott Varing UNO-nun 30 metr uzunluğunda olduğunu deyib. 
 
İddialara görə, "51-ci Bölgə”də yadplanetlilərlə ünsiyyət yaradılır. Amma kimsə burada hansı işlərin görüldüyünə dair dəqiq fikrə sahib deyil.
 


Mövcudluğu rəsmi məlumatlarda yer almayan bölgə Las-Vegasın 153 kilometr şimalında, Groom gölünün yaxınlığında olan Nevada çölündə yerləşir. Bölgəyə ən yaxın yaşayış yeri şimaldakı Raçel qəsəbəsidir. Bölgəyə giriş qadağandır.
 
Bölgədə ştatın qaydaları işləmir. "51-ci Bölgə"-nin təhlükəsizliyini "Cammo Dudes" adı verilən bir qrup yerinə yetirir. Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton bu ilin yanvar ayında bildirib ki, prezident seçiləcəyi halda UNO-larla əlaqədar həqiqəti açıqlayacaq.
 
O, "51-ci Bölgə”yə bir missiya da göndərə biləcəyini deyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook