SON XƏBƏR

500 metr yüksəklikdən yıxılan gəncin meyiti tapılıb- Oğuzda

Avqust 13
20:21 2016
Bu gün günorta saatlarında Oğuz rayonunun Filfilli kəndi yaxınlığında Böyük Qafqaz sıra dağlarının qayalıq ərazisindən aşağı yıxılan gəncin meyiti tapılıb.

"Report”un Şimal-Qərb bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü kənd sakini Sərxan Sərdar oğlu Seyidəliyev, hələlik bilinməyən səbəblərdən 500 metr yüksəklikdən aşağı düşüb.
 
Hadisə yerinə cəlb olunan Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəncin meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook