SON XƏBƏR

50 saylı məktəbdə nə baş verir? - Açıqlama

Yanvar 16
22:29 2023
Bakı və Sumqayıt şəhərlərində qaçqın və məcburi köçkünlər üçün olan orta məktəblərdə ciddi nöqsanlar var.
 
Bu cür məktəblərdə əsas problemlərdən biri təhsilin keyfiyyətinin və davamiyyətin aşağı olması, eyni zamanda ixtisaslı müəllimlərin olmamasıdır. Ancaq buna baxmayaraq, bəzi direktorlar bu məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə yox, şəxsi mənafelərini güdməklə məşğuldurlar.
 
Qlobal.az-ın əldə etdiyi məlumatda qeyd edilir ki, ciddi nöqsanların olduğu məktəblərdən biri də Füzuli rayon 50 saylı tam orta məktəbdir.
 
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən bu məktəbdə əsl bazar ab-havasının hökm sürdüyü, məktəbin direktoru Günel Kazımovanın dərs saatlarını ona yaxın olan müəllimlər arasında bölüşdürdüyü iddia edilir. Direktrun bu qanunsuzluğuna isə haqqı tapdanan müəllimlər etiraz edə bilmirlər.
 
Digər iddiada isə Füzuli rayon 50 saylı tam orta məktəbdə həmçinin texniki işçilərin maaş kartlarının da direktorda olduğu, yuxarı siniflərdə təhsil alan şagirdlərin ödəniş müqabilində dərsə gəlməmələri iddia edilir. 
 
Məlumata görə Füzuli rayon 50 saylı tam orta məktəbin direktorunu Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev himayə edir.

Qlobal.az məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənib.
 
Füzuli rayon İcra hakimiyyətinin açıqlamasında deyilir:
 
"Məktəbin direktoru Günel Kazımova bildirdi ki, 50 saylı tam orta məktəb haqqında qaldırılan iddialar əsassızdır. Məktəbin texniki işçiləri isə tərtib edilmiş aktla əməkhaqqı kartlarının özlərində olduğunu imzaları ilə təsdiqləmişlər. Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində direktorların vəzifəyə təyinatı, məktəbdlərdə dərs bölgüsünə nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Regional Təhsil İdarələrinin səlahiyyətindədir".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook