SON XƏBƏR

“50 min Putin üçün ciddi itki deyil...” – Ekspert

Sentyabr 07
11:08 2022
Sentyabrın 6-na (2022) olan vəziyyətə Ukrayna döyüşçüləri 50 mindən artıq işğalçını məhv ediblər.

Hərbi ekspert, USQ ehtiyatda olan polkovniki Oleq Jdanov belə hesab edir. "Rusiya imperiyadır, o, başqa cür yaşaya bilmir: onlar üçün fərqi yoxdur ki, nə qədər insan həlak olur”, - Jdanov deyir.

Jdanovun «FREEDOM» telemarafonunun efirindən verdiyi insayder informasiyasına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından bir həftə sonra Şoyqu Putinə hesabat verməyə cəhd göstərib ki, Rusiyanın müharibədəki itkisi 7 və ya 9 min nəfər təşkil edib. Buna cavab olaraq Kreml diktatoru deyib: «30-50 min itki deyil və qələbənin qiyməti bu rəqəmləri xeyli üstələyir».

Sonra isə, Jdanovun sözlərinə görə, Putinin mülki əhali arasında itkiləri hesablamamaq barədə bəyanatı olub və ordu Ukrayna şəhərlərini və yaşayış məntəqələrini aktiv atəşə tutmağa başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook