SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

48 il ata dediyi şəxs atasının qatili çıxdı - Böyük bir sərvətə sahib oldu

Fevral 18
01:59 2025
Türkiyənin Muğla vilayətinin Ula rayonunda yaşayan Berrin Nalcı (50) bacısı ilə mübahisə zamanı eşitdiyi "Sən atamın varisi deyilsən" sözlərindən sonra atalıq davası açıb. 

Qaynarinfo xəbər verir ki, aparılan DNA testi onun bioloji atasının illər əvvəl ata bildiyi Mahir Ayyıldız tərəfindən qətlə yetirilən Mustafa Uyanık olduğunu ortaya çıxarıb.

41 il əvvəl işlənən cinayətin sirri açıldı

Ula rayonunun Akyaka bölgəsində bir müddət əvvəl vəfat edən Fatma Ayyıldız 50 il əvvəl Akyakanın ən varlı şəxslərindən biri olan Mustafa Uyanık ilə qanunsuz münasibətdən hamilə qalıb və Berrin Nalcını dünyaya gətirib. Lakin o, bu sirri saxlayaraq, qızını rəsmi nikahda olduğu Mahir Ayyıldızın adına qeyd etdirib.

1982-ci ildə o vaxt Akyaka məhəllə muxtarı olan Mustafa Uyanık Mahir Ayyıldız tərəfindən həyat yoldaşı ilə birlikdə meşədə yaxalanaraq öldürülüb. Hadisədən sonra həbs edilən Ayyıldız müəyyən müddət həbs cəzası çəkib və sərbəst buraxıldıqdan sonra dünyasını dəyişib. Bir müddət sonra isə Fatma Ayyıldız da vəfat edib.

DNA testi həqiqəti ortaya çıxardı

Berrin Nalcı 48 il boyunca Mahir Ayyıldızı öz atası bilib. Lakin bir il əvvəl bacısı ilə mübahisə zamanı "Sən atamın mirasçısı deyilsən" sözlərini eşitdikdən sonra vəziyyəti araşdırmağa qərar verib.

O, tanınmış vəkil Varol Turbay vasitəsilə Muğla Ailə Məhkəməsinə müraciət edərək soybağı rəddinə dair məhkəmə işi açıb. Bunun üçün Nalcının rəsmi sənədlərdə atası kimi qeyd olunan Mahir Ayyıldızın qalıqlarından nümunələr götürülüb. DNA testi nəticəsində Ayyıldızın Berrin Nalcının bioloji atası olmadığı müəyyən edilib.

Bioloji ata Mustafa Uyanık çıxdı

Bundan sonra vəkil Turbay Mahir Ayyıldızın öldürdüyü Mustafa Uyanıkın atalıq təsdiqi üçün məhkəməyə müraciət edib. 3 may 2024-cü ildə məhkəmənin qərarı ilə Mustafa Uyanık və Fatma Ayyıldızın məzarları açılıb. Onlardan götürülən nümunələr Berrin Nalcıdan alınan nümunələrlə müqayisə edilib.

İzmir Adli Tibb Qurumunda aparılan DNA testinin nəticələri 1 fevral 2025-ci ildə açıqlanıb. Test nəticələrinə görə, Berrin Nalcının bioloji atasının 1982-ci ildə Mahir Ayyıldız tərəfindən öldürülən, adı Akyakanın küçələrinə verilən Mustafa Uyanık olduğu sübuta yetirilib.

Bu nəticə Berrin Nalcının Mustafa Uyanıkın varisi olaraq böyük bir sərvət üzərində haqq sahibi ola biləcəyini göstərir. Məhkəmə qərarlarının təsdiqlənməsindən sonra onun miras hüququnun müəyyən ediləcəyi gözlənilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook