4 saylı idarə rəisi Asif Məcidov haqqında şok iddialar
Dekabr 18
15:14
2024
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovun dövlət qulluqçusu olmadığı iddia edilir.
Bu barədə AzFakt.com saytının mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
Bildirək ki, "Dövlət qulluğu haqqında” qanunun tələbinə uyğun olaraq dövlət qulluqçusu olmayan şəxs idarə rəisi təyin edilə bilməz. Ancaq Asif Məcidov himayədarının köməkliyi ilə dövlət qulluqçusu olmadığı halda idarə rəisi təyinatı alıb. Görünür Asif Məcidovun dövlət qulluqçusu olmadanda idarərəisi işləməsi Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi qane edir. Yada Asif Məcidovun himayədarının gücü Muxtar Babayevi üstələyir.
AzFakt.com-a daxil olan digər məlumata görə Asif Məcidovun diplomu xarici ölkələrdən birinin ali təhsil müəsissəsinə aiddir.
Xatırladaq ki, bir neçə gün öncə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin nazirlikdə yüksək vəzifəyə gedəcəyi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Asif Məcidov yüksək vəzifədə işləyən qohumunun köməkliyi ilə bu vəzifəyə təyinat almaq istəyir.
Asif Məcidovdan məsələ ilə bağlı mövqe öyrənə bilmədik.