SON XƏBƏR

4 kənd azad edildi- İraqda

Mart 24
16:45 2016
İraq ordusu Mosul və ətraf ərazilərdə olan İŞİD qüvvələrinə qarşı "Fəth Əməliyyatı" adı ilə başlatdığı əməliyyatda 4 kəndi terrorçulardan azad edib.
 
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İraqda birgə əməliyyatlar komandanlığı tərəfindən verilən açıqlamada Mosula doğru irəliləyən silahlı qüvvələrin 4 kəndi (Əl Nasir, Qaladı, Kızile, Khrberdan) azad etdikləri bəyan edilib. Həmçinin 2 bomba yüklü maşının yox edildiyi bildirilib.
 
Əməliyyatlara Nineva əməliyyatlar komandanlığı ilə yanaşı Haşdi Dabağı güclərinin də iştirak etdiyi bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook