38 saylı şəhər poliklinikanın baş həkimi Reyhan Əkbərova malikanəni hansı pulla tikdirir? - Açıqlama
Fevral 28
13:49
2022
Xətai rayonunda yerləşən 38 saylı şəhər poliklinikasının baş həkimi Reyhan Əkbərova özünə dəbdəbəli villa tikdirir.
AzFakt.com xəbər saytının əldə etdiyi məlumata görə bir neçə ildir ki, 38 saylı şəhər poliklinikasına rəhbərlik edən Reyhan Əkbərova paytaxtın ən perstejli yerlərində sayılan, nazirlərin, komitə rəhbərlərinin çoxsaylı villalarının olduğu Ləhiş bağlarında inşa etdirdiyi villa iki mərtəbə olacaq.
Ümumi sahəsi 500 kvadrat metrə yaxın olacaq malikanənin hazırkı bazarda smeta dəyərinin yarım milyon manatdan artıq olduğu bildirilir.
Aylıq maaşı 800-1000 manat olan poliklinika baş həkiminin biznesmenlərə məxsus malikanə inşa etdirməsi çox ciddi suallar yaradır.
AzFakt.com məsələ ilə əlaqədar 38 saylı şəhər poliklinikanın baş həkimi Reyhan Əkbərovadan münasibət öyrənib: "Məlumat üçün bildirmək istəyirəm ki, mənim 38 və 39 yaşlarında iki oğlum var. Onlardan böyüyü 1999-cu ildən etibarən Rusiyanın Moskva şəhərində yaşayır və universiteti bitirdikdən sonra orada qalaraq bugünədək biznes fəaliyyəti ilə məşğuldur. Kiçik oğlum isə hal-hazırda Bakıda yaşayır və o da uzun illərdir ki, biznes fəaliyyəti ilə məşğuldur. Sözü gedən torpaq sahəsini böyük oğlum 10 ildən çox bir müddətdir ki, almış və üzərində yalnız 2021-ci ildə fundamenti işləri və bəzi tikinti işləri görə bilmişdir. Düşünürəm ki, uzun illərdir ciddi biznes ilə məşğul olan iki qardaşın illər sonra hər hansı bir tikinti aparmasında sual doğuran heç bir məqam yoxdur".
Qeyd edək ki, 38 saylı şəhər poliklinikası Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir.

Qlobal.az