SON XƏBƏR

33 yaşlı əməkdar artist alimlik dərəcəsi aldı (FOTO)

Dekabr 29
14:09 2022
Əməkdar artist Bəyimxanım Vəliyeva Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə əməkdar artist özü məlumat verib. O, qeyd edib ki, bu günki uğurunun əsası 2014-cü ildən başlayıb:
 
"Düz 8 il bu gün üçün zəhmət, əziyyət, stress, gərginlik, həyəcan, yuxusuz gecələr, bəzən göz yaşları və daha nələr....

Ən önəmlisi isə o idi ki, sonunda gözəl nəticə ola da bilərdi, olmaya da bilərdi. Çünki, hər müdafiənin sonu diplom almaqla nəticələnmir. Lakin, Uca Allahımın gücü, dəstəyi, köməyi ilə 8 illik əziyyətimin bəhrəsini bu gün almaq mənə qismət oldu. Allah heç kimin əziyyətini yerdə qoymasın, inşəallah. Və mən bu yolda ilk gündən bu günə kimi mənə dəstək olan hər kəsə, ilk öncə göydə Uca Allahıma, yerdə isə ilk növbədə ömür-gün yoldaşıma, həyat yoldaşıma mənə ilk gündən bu günə kimi hər anımda dəstək olduğu üçün, daha sonra Milli Konservatoriyanın Rektoru, xalq artisti, professor, dəyərli insan Siyavuş Kərimi, Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyliyə, Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə xanım Hüseynovaya, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevə, eləcə də adlarını çəkmədiyim çox sayda mənə əziz və doğma olan insanların hər birinə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm.

Bu sevinci, bu uğuru mənə yaşadan Uca Allahım, Sənə olan borcum isə sonsuzdur. Məni heç vaxt darda qoymamısan Ya Rəbbim, bundan sonra da hər anımda sənə sığınıram".
 
Qeyd edək ki, Bəyim Əliyeva öz ixtisası üzrə ən gənc yaşda "Fəlsəfə doktoru" elmi dərəcəsi almış ilk xanəndədir.
 
Qlobal.az
 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook