SON XƏBƏR

“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

İyul 04
16:22 2022
"3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.

"Report"un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, "3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyəcəyini bildirmişdi.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook