SON XƏBƏR

300 min manatla itkin düşən kişini öldürüb su quyusuna atıblarmış (TƏFƏRRÜAT)

Aprel 08
09:40 2023
Aprelin 7-si 1954-cü il təvəllüdlü Kamran Bəkirovun itkin düşməsinə dair ailə üzvlərinin məlumatı əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Sabunçu rayon prokurorluğundan Qaynarinfo-ya bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mustafa Zeynalov və Ramiz Əliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook