300-ə yaxın sakin “İnşaat Konstruksiyaları” MMC-dən şikayətçidir
Fevral 12
16:46
2024
Bakı şəhərində 300-ə yaxın sakin mənzilinə köçə bilmir.
Bu barədə Oxu.Az-ın redaksiyasına Yasamal rayonu, A.Şərifzadə, 33 ünvanında "İnşaat Konstruksiyaları” MMC-dən mənzil alıb, amma köçə bilməyən sakinlər bildiriblər.
Sakinlərdən biri Fərhad Nəcəfovun sözlərinə görə, tikintisi 2016-cı ildə başlanan bina təhvil verilmir:
"Tikilinin yerində əvvəllər 93 sakinin yaşadığı beşmərtəbəli bina olub. 2016-cı ildə pilot layihə adı altında bina söküldü və yenisi tikilməyə başladı. Təsəvvür edin ki, səkkiz il keçib, amma bina hələ də yarımçıqdır. MMC rəhbərliyi tərəfindən müxtəlif bəhanələr gətirilərək, tikintisi yarımçıq qalmış bina təhvil verilmir”
Sakinlər binanın təhvil verilməsini istəyirlər:
"Həmin binaya nə vaxt baş çəksək, dörd-beş fəhlə işləyir. Bir blokda pəncərə qoyulur, üç aydan sonra digər blokda proses həyata keçirilir. Binaların damları tam bağlanmayıb. Dörd binadan ibarət binaya səkkiz lift lazımdır, amma birinin yeri hazırlanıb”.
İddiaçılar deyirlər ki, bina söküləndə onlar üçün 300 manat kirayə pulu təyin edilib:
"Amma pulu vaxtında ala bilmirik. Hətta 13 aydır, kirayə pulu almayan vətəndaş da var. Səkkiz ildə nə ev təhvil verilib, nə də kirayə pulu artıb”.

Qlobal.az