SON XƏBƏR

30 yaşlı "Turan"ln direktoru: "Mübarizəmiz hədər getmədi”

May 08
13:15 2020
"Bizim getdiyimiz yol hədər olmadı”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev rəhbərlik etdiyi mediya qurumunun 30 illik yubileyindən danışarkən deyib. 

Mehman Əliyev bildirib ki, "Turan”ın məqsədi söz azadlığı uğrunda mübarizə aparmaq olub:

"Biz işə 1990-cı il mayın 5-də başladıq. Mayın 5-ni ele-belə seçmədik. Bu SSRİ-də mətbuat günü idi. Sanki etiraz etdik ki, biz müstəqil media yaradırıq və söz azadlığı uğrunda mübarizə aparacağıq. Həmin gündən 30 il keçir, amma biz bu yoldan dönməmişik. Düşünürdük ki, Azərbaycan müstəqil olandan sonra mediamız da azad olacaq. Ancaq bu qısa müddət çəkdi. Təəssüflər olsun ki, Azərbaycan mediası azad ola bilmədi. Biz yenə də söz azadlığı uğrunda bütün gücümüzü səfərbər etmişik. 

İnternetin verdiyi imkanlar hər bir şəxsə imkan yaradır ki, özünü ifadə eləsin, fikir mübadiləsi aparsın. Bu çox vacib məsələdir. Hesab edirəm ki, ənənəvi media bu mübarizədə öz rolunu yerinə yetirə bildi. Cəmiyyət artıq azad və istədiyi informasiyanı əldə edə bilər. Nəinki əldə edir, hətta özü də istehsal edir. Hesab edirəm ki, bu bizim qələbəmizdir, getdiyimiz yol hədər olmadı”.
 
Mehman Əliyev çətin bir dövrdə 30 il yol gələn "Turan”a  uzun ömür arzuladı:

"Biz özümüz-özümüzə can sağlığı arzulayırıq. Yolumuza davam etmək üçün sağlamlıq lazımdır. Arzu edərdim ki, hamı bərabər şəraitdə işləyə bilsin, biz də öz sözümüzü deyə bilək. Çünki bəzən bizi tədbirlərə buraxmırlar, informasiya ala bilmirik. Arzu edərdim ki, 1990-ci ildəki kimi işləyək və sözümüzü deyə bilək”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook