3-cü mikrorayonda ağac soyqrımı- İcra hakimiyyəti isə susur- VİDEO
Avqust 18
12:17
2016
Bakıda yenə çoxillik ağaclar qırılır, yerində yaşayış binası tikilir. Bu şikayətlə paytaxtın 3-cü mikrorayon, Cavadxan 12 ünvanında yaşayan sakinlər redaksiyamıza müraciət ediblər.
"Aldatdı bizi, dedi ki, tikintini dayandıracaq, amma heç yarım saat da dayandırmadı. Bizə dedi ki, "sahibkar gəlib ərazini alıb, indi də nə istəyir tikdirir. Niyə siz oranı vaxtında özəlləşdirməmisiniz?” Elə bil mənim buranı özəlləşdirməyə bir milyonum var...
"Bu gün gedib işçilərdən sənəd təqdim etmələrini istədik. Bizi təhqir elədilər, əl qaldırdılar. İşçilərdən biri yaxamdan tutub atdı. Mənə dedi ki, ""davay” burdan. Sən kimsən sənə sənəd təqdim edim?” Yanlarında polis də var idi, heç dillənmədi də. Bizə gülürlər ki, getdiniz, şikayət elədiniz, nə oldu?
Qlobal.az xəbər verir ki, Virtualaz.org-un hadisə yerində olan əməkdaşlarının sözlərinə görə, hasarlanan və tikinti işləri aparılan ərazi 4 binanın arasında qalan kiçik həyətdə, uşaqların oynadıqları, sakinlərin xeyir-şər yeri kimi istifadə etdikləri yerdədir. Qonşu binaların yüzdən çox sakini bu ağacların qırılması və onlara məxsus həyətin zəbt olunması ilə bağlı əksər aidiyyatı qurumlara şikayət etsələr də, qanunsuzluğun qarşısını alan olmayıb.
Şikayətçi Afət Əliyevanın sözlərinə görə, avqustun 9-dan ərazi hasarlanıb və burada 16 mərtəbəli bina tikilir.
"Bura neçə illərdir bizim istirahət yerimiz idi. Sakinlərin yası düşəndə, cənazəsi buradan götürülürdü. Uşaqların buradan başqa oynamağa yeri yoxdur. Gəlib ərazini bir günün içərisində zəbt elədilər. Qolumuzdan tutub atdılar bu tərəfə ki, qanun zad bilmirik, tikirik. Bizə heç nə demirlər, amma eşitmişik ki, 16 mərtəbəli bina tikilir”.
Hansı tikinti şirkətinin söküntü və qazma işlərini apardığını öyrənə bilməsək də, sakinlərdən öyrəndik ki, onlara tikintinin deputatlardan birinə məxsus olduğunu deyiblər.
A.Əliyevanın sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qəbuluna da olublar. Amma bu məsələdə şəhər rəhbəri gücsüz olduğunu etiraf edib:
"Aldatdı bizi, dedi ki, tikintini dayandıracaq, amma heç yarım saat da dayandırmadı. Bizə dedi ki, "sahibkar gəlib ərazini alıb, indi də nə istəyir tikdirir. Niyə siz oranı vaxtında özəlləşdirməmisiniz?” Elə bil mənim buranı özəlləşdirməyə bir milyonum var...
Bütün günü gəlib ağacın altında dururam, qoymuram evimə qədər olan hissəni hasarlasınlar. Hər gün nə qədər əsəb keçirirəm, qışqırıb qovuram, amma bilirəm ki, gecənin bir vaxtı gəlib eyvanın qabağındakı ağacları da qırıb hasarlayacaqlar. Çünki eyvana qədər yer qırmızı boya ilə nişanlanıb”.
Sakinlərin sözlərinə görə, tikintini aparan şəxslər onların illərlə vedrə ilə, eyvandan suladıqları, əziyyətlə bəslədikləri bütün ağacları kəsiblər. Hətta ötən gün bir yekə palıd ağacını kökündən qopararaq maşınla aparıblar.Digər bir şikayətçi Yaqut Əkbərovanın sözlərinə görə, hazırda tikinti işləri aparılan ərazidə sovet dövründən qalma turniklər, skamyalar var idi ki, indi hamısı dağıdılıb. İşçilərdən ərazidə tikintiyə icazə verən sənədi tələb etdikdə isə təhqir olunublar:
"Bu gün gedib işçilərdən sənəd təqdim etmələrini istədik. Bizi təhqir elədilər, əl qaldırdılar. İşçilərdən biri yaxamdan tutub atdı. Mənə dedi ki, ""davay” burdan. Sən kimsən sənə sənəd təqdim edim?” Yanlarında polis də var idi, heç dillənmədi də. Bizə gülürlər ki, getdiniz, şikayət elədiniz, nə oldu?
Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə,Fövqəladə Hallar Nazirliyinə, Prezident Aparatına müraciət etmişik. Heç evimizi təmir eləməyə imkan vermirlər, 70 adam gəlir, pul alır gedir, buna necə icazə veriblər? Bir pəncərə saldım, 10 kişi gəldi qapımı döydü. Pul verirsən, qanuni olur, vermirsən, qanunsuz”.
Şikayətçi Aytən Rüstəmova isə səs-küydən, titrəyişdən evdə yaşamağın mümkün olmadığını deyir: "Yığışıb şikayət etdik, polis gəldi, cavan uşaqları yığıb maşına apardılar polis idarəsinə. Səs-küydən də burada yaşamaq mümkün deyil. Qonşuda gəlin hamilədir, təzyiqi qalxıb. Deyir evdə dayana bilmirəm, elə bil zəlzələdir. Buradakı binalar hamısı qəzalı vəziyyətdədir. Əgər binada hansısa hadisə və ya yanğın olsa, bura yanğınsöndürən maşın girə bilməyəcək, çünki hər yer tutulub”.
Heç olmasa, tikinti şirkətinin adını öyrənmək istəsək də, ərazidə yalnız qazma ilə məşğul olan buldozerlər var idi. Tikintini aparan şirkətin nümayəndələrini axtarsaq da, tapa bilmədik.(Virtualaz.org)
Qlobal.az