“285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” - MSK sədri
Yanvar 04
12:50
2020
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.



