27 gün hakimiyyətdə olmuş imperatorun qalıqları tapılıb
Mart 03
14:08
2016
Çinli arxeoloqlar ehtimala görə, imperator Çani-van Xenin (Lyu Xe) qalıqlarını tapıblar. Xan sülaləsi dövründə hakimiyyətdə olmuş bu hökmdar taxt-tacda cəmi 27 gün qalıb. Bu haqda məlumatı Sinxua agentliyi yayıb.
AZƏRTAC "rambler.ru” saytına istinadla xəbər verir ki, imperatorun qalıqları Szyansi əyalətində aparılan qazıntılar zamanı aşkarlanıb. Lyu Xenin meyiti olan tabut yanvar ayının sonlarında ekspertizaya göndərilib. Lakin tapıntı haqqında yalnız martın 2-də məlumat verilib. Lyu Xe eramızdan əvvəl 74-cü ildə, Qərbi Xan sülaləsi dövründə (eramızdan əvvəl 206-cı il – eramızın 9-cu ili) iqtidarda olub. Bir qrup yerli məmur imperatorun devrilməsi planını qurub. Nəticədə taxt-taca sahib olmuş hökmdar 27 gün sonra hakimiyyətdən kənarlaşdırılıb.
Qazıntıların aparıldığı yerdə təxminən 10 min mədəni yadigar tapılıb.
Qlobal.az



