SON XƏBƏR

21 saylı Birləşmiş Xəstəxanada “USM” və rentgen aparatları aylardır işləmir

May 04
10:32 2023
Ramana qəsəbəsində yerləşən 21 saylı Birləşmiş Xəstəxanada "USM” və rentgen aparatları aylardır işləmir.

Hurriyyet.az saytına daxil olan məlumata əsasən, xəstələr uzun müddətdir həkimlərdən aparatların yeniləri ilə əvəzləniləcəyini eşitsə də, problem qalmaqdadır.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova yaranmış problemin səbəblərini açıqladı:

"Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında USM aparatının işləməməsi ilə əlaqədar onu bildirmək istəyirik ki, Mərkəzin tabeli müəssisələrində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yararsız olan tibbi avadanlıqların yeniləri ilə əvəz olunması, müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir. Bu prosesin davamı olaraq sözügedən tibb müəssisəsində də yaxın zamanda yeni USM aparatının quraşdırılması nəzərdə tutulub.

Bir müddət əvvəl 21 BŞX-də yoxlamaları zamanı rentgen aparatının işlək vəziyyətdə olmaması aşkar edilib və nəticədə rentgen kabinetinin fəaliyyət göstərilməməsi ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda bu problemin aradan qaldırılması nəzərdə tutulur”.

P.S. Ramana qəsəbəsində yerləşən 21 saylı Birləşmiş Xəstəxanaya müraciət edən pasiyentlərin aylardır davam edən problemi çox güman ki, hələ uzun müddət çözülməyəcək. Bu səbəbdən, sakinlərə "çalışın xəstələnməyin”, - deməkdən başqa sözümüz qalmır...
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook