SON XƏBƏR

21-ci əsrin Məcnunu Azərbaycanda - video

Avqust 10
23:46 2016
Gəncədə yaşayan 80 yaşlı Tağı Tağıyev 17 il əvvəl vəfat etmiş həyat yoldaşının məzarını hər gün ziyarət edir.

"Xəzər Xəbər”ın məlumatına görə, T.Tağıyev yaşlılıq və xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, bu vərdişini tərk etmir və son nəfəsinə qədər də tərk etməyəcəyini deyir.

Əlində əsa, aramla kilometrlərlə məsafəni qət edir. Bu günədək bir an belə unutmadığı və məzarında tək qoymadığı həyat yoldaşı Atlasın görüşünə tələsir. Yorulanda əsasına söykənib nəfəs alır, ancaq 5 kilometrlik yolu gedib-gəlməkdən usanmır. Onun mərhum ömür-gün yoldaşına bu bağlılığının isə özünəməxsus səbəbləri var.

Onun qəbrin ətrafında yaratdığı səliqə-səhman, əkdiyi gül kolları və meyvə ağacları da buranı fərqli bir məkana çevirib. Sanki keçmiş xanımına son mənzilində gözəl bir guşə yaradıb.

Tağı Tağıyev 33 il birgə firavan ömür sürdüyü Atlasla keçirdiyi xoş günləri tez-tez xatırlayır və kövrəlir. Ancaq onun xatirəsini əziz tutmaq üçün ruhdan düşmür. Hətta xanımının öldüyü gündən həyəcandan tutulduğu xəstəlik belə ona mane ola bilmir.

Öz sözləri ilə desək, o, hələ bundan sonra da xeyli gəlib-gedəcək ömür-gün yoldaşının son mənzilinə. Gələndə ürəklə, uçaraq, qayıdanda isə əlacsız, ayrılmaq istəmədən...
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook