2030-cu ildə insultdan ölənlərin sayı 5 milyona çata bilər
May 18
09:35
2023
2030-cu ilə qədər bütün dünyada insultdan ölənlərin sayı 5 milyona çata bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.
Belə ki, işemik insultdan ölənlərin sayı 1990-cı ildə 2,04 milyon olubsa, 2019-cu ildə 3,29 milyona yüksəlib.
İnsult üçün yeddi əsas risk faktoru müəyyən edilib: siqaret çəkmək, ifrat dərəcədə pəhriz, yüksək qan təzyiqi, xolesterolun artması, böyrək funksiyasının pozulması, qanda şəkərin çoxalması və piylənmə.