Bu gün Od çərşənbəsidir
Mart 03
07:35
2026
Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
APA xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir.
Qeyd edək ki, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq.



