Mister Azerbaijan Ülvü Mehrəli yeni fotosessiyası ilə gündəm yaratdı
Fevral 08
21:18
2026
Mister Azerbaijan milli gözəllik müsabiqəsinin qalibi Ülvü Mehrəli yeni və maraqlı fotosessiyası ilə izləyicilərin qarşısına çıxıb.
Hər zaman öz qeyri-adi tərzi ilə seçilən Ülvü Mehrəli, bu dəfə dəniz kənarında çəkilmiş fotosessiyada taclı və güclü obrazda təqdim olunub. Estetik peyzaj fonunda modelin xarizması, özgüvənli duruşu, lider ruhu və kamera qarşısındakı peşəkarlığı xüsusi diqqət çəkib.
Fotosessiyanın ideya müəllifi və kuratoru Ayla Maisdir. Onun ideyasına əsasən, Ülvü Mehrəli yaxın zamanda yeni layihələrlə çıxış edəcək. Fotosessiyanı gerçəkləşdirən peşəkar fotoqraf Azad Qasımzadədir.
Qeyri-adi geyim tərzi ilə seçilən gənc istedad, avanqard və klassik üslubların sintezini əsas götürərək, kreativ dizayn anlayışında yeni bir vəhdət yaradıb.

Bu yanaşma ona bir sıra geyim brendlərindən maraqlı təkliflərin gəlməsinə səbəb olub.
Qeyd edək ki, Miss & Mister Azerbaijan milli gözəllik müsabiqəsi ölkəmizdə 1996-cı ildən etibarən keçirilir və bu il müsabiqənin 30 illik yubileyi qeyd olunur.
Müsabiqənin təsisçisi Aneliya Orduxanova, xoreoqrafı isə Ayla Maisdir.