“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Noyabr 12
11:00
2025
Sərfəli mobil operator "Nar” "Çoox Şanslı” lotereyası çərçivəsində
bu axşam növbəti avtomobil tirajını keçirəcək. Həyəcanla gözlənilən tirajda
"Haval H6 Ultra” avtomobilinin üçüncü qalibi müəyyən ediləcək. Bununla yanaşı,
daha üç "Nar” abunəçisi "Xiaomi Redmi Note 14 Pro” smartfonunu qazanacaq.
Qeyd edək ki, qaliblərin adları tam təsadüfi seçim əsasında
müəyyən edilir və nəticələr canlı yayımda elan olunur. Bu lotereyada ilin
sonuna qədər "Nar” abunəçiləri hər gün "Xiaomi Redmi Note 14 Pro” smartfonu, hər
həftə "Haval H6 Ultra” avtomobili və finalda "Li L9 Ultra” avtomobili kimi möhtəşəm
hədiyyələr qazana bilər.
Xatırladaq ki, "Çoox Şanslı” lotereyasında iştirak etmək üçün
"Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə
bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili
danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini
*72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq
dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans
artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib
olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak
statuslarını "Nar+” tətbiqi və nar.az veb səhifəsindəki
xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Qlobal.az



