Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Oktyabr 30
10:15
2025
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,58% artaraq 66,24 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,21 ABŞ dolları təşkil edib.



