Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
Dekabr 18
14:08
2024
"Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birgə ittiham olunan Elnur Şükürovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub.
Əvəz Zeynallının cəzası 2 ay, Elnur Şükürov həbs müddəti isə 1 il azaldılıb.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.