2024-cü ildə hansı bank nə qədər pul qazanıb? - Siyahı
Yanvar 16
14:11
2025
Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü il üçün maliyyə hesabatlarını açıqlayıblar.
Banklar arasında ili zərərlə başa vuran yeganə bank "Bank BTB” olub. Bu bankın 2024-cü ildəki xalis zərəri 839 min manat olub.
Yeniavaz.com xəbər verir ki, banklar arasında ən yüksək mənfəəti "Beynəlxalq Bank” əldə edib.
Səhmləri dövlətə məxsus olan bu bankın 2024-cü ildə xalis mənfəəti – 293 milyon 732 min manat olub.
İkinci yerdə "Paşa Bank” ASC qəraralaşıb. Səhmlərinin 56,8%-i "Paşa Holdinq”ə məxsus olan bu bankın xalis mənfəəti 210 milyon 538 min manat olub.