Həmin kabinet, həmin xidməti avtomobil - Firdovsi Əliyev niyə vazkeçilməzdir?
İyun 22
09:40
2023
Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Firdovsi Əliyev həmin kabinetdə, həmin xidməti avtomobilində ...
Azərbaycanda ekologiya sahəsində baş verən qanunsuzluqlar geniş vüsət almaqdadır. Meşə zolaqlarında sağlam ağacların kütləvi kəsilməsinin və qanunsuz karxanaların fəaliyyətinin qarşısının alınmaması baş verən qanunsuzluqların arxasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəhbər şəxslərinin dayandığını göstərir. İllərdir ölkənin müxtəlif regionlarında meşələrdə nadir ağacların doğrandığı, yaşıllıqların məhv olunduğu barədə mətbuatda yüzlərlə xəbərlər, tv-lərdə çoxsaylı süjetlər efirlərə getməyinə baxmayaraq, bu illər ərzində ciddi tədbirlərin görülməməsi də bu barədə yuxarıda qeyd edilən ehtimalları artırır.
Qlobal.az-ın əldə etdiyi məlumata görə meşələrdə qanunsuz ağac kəsimlərinin arxasında Ekologiya və Təbii Sərvətlər nazirinin keçmiş müavini, hazırda Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsini daşıyan Firdovsi Əliyev dayandığı iddia edilir:
"Firdovsi Əliyev uzun illərdir Ekologiya və Təbii Sərvətlər nazirliyində çalışır. 2004-cü ildən indiyədək nazirlikdə özünə böyük bir şəbəkə yarada bilib. Meşə massivlərində qanunsuz ağac kəsimlərinin arxasında məhz Firdovsi Əliyevin özü dayanır. Nazirliyin qanunsuz ağac kəsimlərinə qarşı apardığı mübarizə isə görüntü xarakterlidir. Əks halda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən gizli mebel sexlərinin sayı hər gün artmaz, bu sexlərə qarşı da reyd keçirilərdi. Bu gün "qara bazar"da şabalıq, fıstıq, qoz və digər qiymətli ağacların böyük miqyasda bazarı mövcuddur. Əlbəttə ki, bu sexlərin yuxarı instansiyalarda, xüsusən də ekologiya və Təbii Sərvətlər nazirliyində himayədarları var"-deyə, bildirilir.
Məlumata görə baş verənlərdən, daha doğrusu Firdovsi Əliyevin əmməllərindən nazir Muxtar Babayev də xəbərdardır.
"Firdovsi Əliyevin qanunsuz əməllərinə dəstək verən nazir Muxtar Babayevdir. Əks halda ortaya məntiqli sual çıxır: Cənab Prezidentin sərəncamı ilə bu ilin mart ayında nazir müavini vəzifəsindən azad edilən Firdovsi Əliyevi Muxtar Babayev niyə dərhal özünə müşavir təyin etdi? Ölkə başçısının vəzifədən azad etdiyi şəxsi yenidən yanında saxlamaq Muxtar Babayevin nəyinə lazım idi? Doğrudanmı Firdovsi Əliyev Ekologiya nazirliyi üçün bu qədər vazkeçilməz kadrdır? Bu gün Firdovsi Əliyev nazir müavini olduğu zaman əyləşdiyi kabinetdə yenə də əməllərini davam etdirir. Həmin kabinet, həmin xidməti avtomobil...".
Xatırladaq ki, Firdovsi Əliyev 2004-cü ilin fevral ayından 2023-cü ilin mart ayınadək Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsində çalışıb. Mart ayının 4-də vəzifəsindən azad edilən Firdovsi Əliyev mart ayının 30-da Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Qlobal.az

Ekologiya və Təbii Sərvətlər nazirliyindən məsələyə mövqe öyrənə bilmədik.
Cahandar Laçınlı
Qlobal.az