SON XƏBƏR

Sağlam yeniyetməni psixiatriya xəstəxanasına yerləşdirən Uşaq Evi kimə tabedir? - Rəis əvəzi infarkt keçirib

Aprel 06
12:16 2023
Bir neçə gün əvvəl Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evi evi ilə bağlı şikayət edən yeniyetmə Məhəmməd Hacıyevin əqli durumunun normal olmasına baxmayaraq, Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ciddi qalmaqala səbəb oldu. Nəticədə 5 aprel tarixində Məhəmməd Hacıyev xəstəxanadan buraxılıb.

Qaynarinfo 3 saylı Uşaq Evinin hansı qurumun tabeçiliyində olmasını araşdırıb.

Məlum olub ki, sözügedən Uşaq Evi Bakı Şəhər İcra Hakimiyyətinin Uşaq Evləri İdarəsinin tabeçiliyində fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib. 

Uşaq Evləri İdarəsinin rəis əvəzi "Bakı meriyasının bağça biznesində kilid adam” kimi tanınan Eldar Yunusovdur. 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Eldar Yunusov bir müddət əvvəl infarkt keçirdiyi üçün işə çıxmır.

Hazırda səhhətinə görə işə çıxmayan Eldar Yunusov təhvil-təslim prosesinə görə hərdən rəis əvəzi olduğu quruma gedir. Yaxın günlərdə isə o, vəzifəsindən azad ediləcək.

Digər bir iddiaya görə, sözügedən uşaq evləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə veriləcək. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook