Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
İyun 22
14:17
2022
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə "Elektron prokurorluq” informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bundan sonra ilkin mərhələdə informasiya sistemində tətbiqi nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müəyyən edilən modulların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlmiş funksiyalar diqqətə çatdırılıb.
Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin "Elektron Hökumət” portalına və "Elektron Məhkəmə” informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb.