"Xoreoqrafiya Akademiyasının rektor əvəzi ilə bağlı şikayətlər araşdırılır" - Nazirdən AÇIQLAMA
Dekabr 21
14:04
2021
"Xoreoqrafiya Akademiyasının rektor əvəzi Nailə Məmmədzadə ilə bağlı şikayətlər araşdırılır".
Qlobal.az bildirir ki, bunu "Report"a açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Onun sözlərinə görə, araşdırmalar hələlik başa çatmayıb və bu səbəbdən nəticə barədə danışmaq tezdir: "Oradakı problemlər diqqət mərkəzindədir. Xoreoqrafiya bizim üçün çox vacib sahədir. Biz orada islahatlar aprılmasını istəyirik. Növqsanlar aradan qaldırılmalıdır. Şikayətlərin anonim olması bizi narahat edir. Buna baxmayaraq obyektivliyi qorumaq üçün şikayətlər araşdırılır. Nəticələri barədə məlumat veriləcək".
Qeyd edək ki, Xoreoqrafiya Akademiyanın bir qrup əməkdaşı rektorun səlahiyyətlərini icra edən Nailə Məmmədzadəilə bağlı mədəniyyət naziri Anar Kərimova şikayət xarakterli açıq məktub göndəriblər.