Fazil Məmmədovun otelində nə baş verir?
Avqust 23
18:00
2021
Hazırda "PMD Hospitality” MMC-nin idarəetməsində olan hotelin rəhbəri dəyişib, kapitalı 2.7 dəfə böyüdülüb.
Banker.az-a daxil olan məlumata görə, 5 ulduzlu "Excelsior”un idarəedici şirkəti "Excelsior Hotel” MMC-nin Baş direktoru Cəmilə Şəfiyeva İbrahim qızı vəzifəsindən azad edilib.
Onun yerinə Elvin Rəhimov Fazil oğlu təyin edilib.
E.Rəhimov buna qədər "PMD Hospitality”yə məxsus "Garabag Hotel and SPA”da rəhbər kimi fəaliyyət göstərib.
Digər önəmli məsələ isə Bakının Heydər Əliyev prospeltində yerləşən "Excelsior Hotel”in nizamnamə kapitalının 2.73 dəfə artırılmasıdır. Şirkətin avqusta qədər nizamnamə kapitalı 100 min manat olaraq rəsmləşdirildiyi halda, bu hazırda 273 min manata qaldırılıb.
"Excelsior Hotel” MMC şirkəti 2019-cu ildə yaradılıb. Bu tarixdən etibarən "PMD Hospitalty”nin idarə etməsinə keçib. Buna qədər isə hotel özü "Ata Holdinq”in idarəetməsində idi.
"Ata Holdinq”in sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədov idi.

Qlobal.az